AGBank “Kredit Risklərinin gündəlik idarəedilməsi üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir. Banco.az portalı olaraq, tələblər və vəzifə öhdəlikləri barədə məlumatları vakansiya üzrə müraciət etmək istəyən şəxslərin diqqətinə çatdırırıq:
Tələblər:
• Ali təhsil
• Bank sahəsində (Risklərin idarəedilməsi və kreditlər üzrə) minimum 1 il iş təcrübəsi
• Sərbəst Azərbaycan dili bilikləri
• Sərbəst Rus dili bilikləri
• İngilis dili bilikləri arzu olunandır
• MS Office proqramlarından istifadə bacarığı
• Analitik düşüncə tərzi
• Problemi həll etmə bacarığı
• Hesabatları qurma bacarığı
Vəzifə Öhdəlikləri:
• Bankın filialları tərəfindən verilən kreditlərin təhlili və risklərin azaldılmasına yönəldilmiş tövsiyyələrin verilməsi
• Bankın prosedur qaydaları və AMB-nin normativ aktlarının tələblərinə uyğun işin qurulmasına nəzarət
• Filiallar üzrə kredit portfelinin fəaliyyətinə gündəlik nəzarətin həyata keçirilməsi
• Bankın kredit prosedurlarının və digər qaydalarının hazırlanmasında iştirak
• Kredit alətlərinin və məhsullarının hazırlanmasında iştirak
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini zaurci@agbank.az (Zaur Izmaylov) elektron ünvanına göndərə bilərlər.
Namizədlərdən email-in mövzu hissəsində vəzifənin adını (“Kredit Risklərinin gündəlik idarəedilməsi üzrə mütəxəssis”) qeyd etmələri xahiş olunur.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs