Müəllif: Gülnar Əhmədli, Banco.az
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiyanın 2026-ci ildə 5,9%-dək yüksələcəyini, 2027-ci ildə isə 5%-dək azalacağını proqnozlaşdırır.
Banco.az bu barədə Asiya İnkişaf Bankının hesabatına istinadən xəbər verir.
"Zəif tələb 2026-cı ilin birinci yarısında xərclərin artımı ilə şərtlənən inflyasiyanın səviyyəsini bir qədər azaltmağa kömək edib.
Ərzaq məhsulları üzrə qiymətlərin 6,7%, digər mallar üzrə 3,8% və xidmətlər üzrə 5,7% artması fonunda orta illik inflyasiya 2025-ci ilin birinci yarısındakı 5,9%-dən 2026-cı ilin birinci yarısında 5,7%-dək enib. Azərbaycanın ticarət tərəfdaşları ölkələrində karbohidrogen qiymətlərinin yüksəlməsinin daxili iqtisadiyyata təsir edəcəyi gözlənilsə də, tələbin azalması idxalın artım tempini səngidib və nəticədə idxal 7,7% artıb" - hesabatda qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
