Bank of Baku-nun xalis mənfəəti 30%-ə yaxın artıb | Banco.az

Bank of Baku-nun xalis mənfəəti 30%-ə yaxın artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan "Bank of Baku" 2025-ci ilin birinci yarısında 14 milyon 135 min manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 126 min manat və ya 28,4% artıb.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 1 milyard 44 milyon 950 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 110 milyon 677 min manat və ya 11,8% çoxdur. 

Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 817 milyon 18 min manat, depozit portfelinin həcmi isə 661 milyon 375 min manat olub. Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 56 milyon 594 min manat (7,4%) və 68 milyon 861 min manat (11,6%) çoxdur.  

Hesabat dövründə bankın faiz gəlirlərinin məbləği illik müqayisədə 10 milyon 754 min manat (14,8%) artaraq 83 milyon 626 min manata, faiz xərclərinin həcmi isə 5 milyon 38 min manat (18,6%) artaraq 32 milyon 99 min manata yüksəlib. 

30 iyun 2025-ci il tarixinə bankın məcmu kapitalı 150 milyon 554 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram