Müəllif: Gülnar Əhmədli, Banco.az
"Bankın vətəndaşın şəxsi məlumatlarını sorğulamaq səlahiyyəti yoxdur. Belə bir addım atılması bank sirrinin pozulması hesab olunur. Qanunvericiliyə görə, bank yalnız vətəndaşın öz razılığı olduğu halda həmin məlumatları təqdim edə bilər".
Bunu iqtisadçı Əkrəm Həsənov Banco.az-a açıqlamasında bildirib.
İqtisadçının sözlərinə görə, bu halda vətəndaş məhkəməyə müraciət edərək ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malikdir: "Mənəvi zərərin məbləğini vətəndaş özü müəyyən edir. Məsələn, bu məbləğ 100 manat, 1000 manat və ya 5000 manat kimi göstərilə bilər.
Daha sonra məhkəmə həmin tələbi araşdırır və tələb olunan məbləğin nə qədər əsaslı olduğunu qiymətləndirərək yekun qərar verir.
Bununla yanaşı, vətəndaş məsələ ilə bağlı Mərkəzi Banka da şikayət edə bilər".
.jpg)
Bizi sosial şəbəkələrdən izləyin!!
