Bank “BTB” ASC maliyyə dayanıqlığını daha da gücləndirmək və strateji inkişaf planlarına uyğun olaraq kapital bazasını möhkəmlənmək məqsədilə 3 milyon manat məbləğində kapital artımını uğurla həyata keçirmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 07.04.2025-ci il tarixli məktubu ilə qeydə alınmış istiqraz emissiyası tam yerləşdirilmişdir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat, sayı 3 000 ədəd, ümumi həcmi 3 milyon manat olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar bazara təqdim olunmuşdur. 7 il tədavül müddətinə malik olan bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanındığından, Bank “BTB” ASC-nin II dərəcəli kapitalını artırmağa və maliyyə dayanıqlığını daha da gücləndirməyə xidmət edir.
Bu uğurlu kapital artımı Bank “BTB” ASC-nin 2025-2027-ci illər üçün inkişaf strategiyasına uyğun olaraq dayanıqlı maliyyə göstəricilərinin qorunmasına, bazardakı mövqeyinin möhkəmləndirilməsinə və böyümə planlarının həyata keçirilməsinə imkan yaradacaqdır.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!