Bakıda mənzil və obyektlərin kirayəsi ucuzlaşdı | Banco.az

Bakıda mənzil və obyektlərin kirayəsi ucuzlaşdı

Bakıda əmlak bazarı üzrə qiymətlər aşağı düşüb. Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, mənzillərin kirayə qiymətləri 0,52%, kommersiya obyektlərinin qiyməti 1,24%, obyektlərin icarə qiymətləri isə 1,22% ucuzlaşıb. Ümumilikdə əmlak bazarı üzrə qiymətlər 1,57% enib.

N.İbrahimovun sözlərinə görə, ənənəvi olaraq yay ayları əmlak bazarı üçün durğunluq dönəmidir. Bu isə bazar üzrə qiymətlərin aşağı düşməsinə səbəb olur. Sentyabr ayında isə əmlak bazarında yenidən canlanma başlayır.

Fed.az