Bakı metrosu bayramda gücləndirilmiş rejimdə çalışacaq | Banco.az

Bakı metrosu bayramda gücləndirilmiş rejimdə çalışacaq

8 Mart – Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən 9 mart tarixinin qeyri-iş günü elan olunması ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Banco.az  bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

    Məlumata görə, metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

    “28 May-Əhmədli” sahəsində gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə təşkil edəcək. Martın 8-i və 9-da bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.

    Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov-Əhmədli” və “Cəfər Cabbarlı-Xətai” mənzillərində intervallar olduğu kimi saxlanılacaq.

    “Bakmil” istiqamətində və əksinə hərəkət edən sənişinlər martın 8-i və 9-da şənbə gününün qrafikindən istifadə edə bilərlər.