Bağlanmış bankların əmlakları hərraca çıxarılır | Banco.az

Bağlanmış bankların əmlakları hərraca çıxarılır

7 yanvar 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "NBC Bank", "Günay Bank", "Qafqaz İnkişaf Bankı" və "Atabank" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Həmin banklardan "NBCBank" ASC-nin balansındakı daşınmaz əmlak Şamaxı rayonu, Məlhəm kəndində 0.12 ha torpaq sahəsində yerləşən, 464.20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 200.000  manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

"Günaybank" ASC-nin balansındakı daşınar əmlak  "CHERY TIGGO 2" markalı minik avtomobilidir (buraxılış ili: 2019).

Daşınar əmlakın ilkin satış qiyməti 13 000  manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

"Qafqaz İnkişaf Bankı" ASC-nin balansındakı daşınmaz əmlak Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə, ev 2- yeni qaydalarla AZ1108, Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi, 147А ünvanında yerləşən 1182.90 kv.mümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 2 milyon 500 min manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

"Atabank" ASC-nin balansındakı daşınmaz əmlak  Mingəçevir şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 68/20 nömrəli, 2 girişli, 309.88 m2 ümumi,117.45 m2 əsas, 192.43 m2 köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasıdır.

Daşınmaz əmlakın ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərraclarda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67