Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 10 fevral 2026-cı il tarixində saat 11:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə "Azərikard" MMC-nin balansında olan 1 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Nəqliyyat vasitəsinin markası "Hyundai Santa Fe", ili 2015-dir. Avtomobilin start qiyməti isə 23 min 385 manatdır. Avtomobilin dövlət nömrə nişanı 90 PC 860-dır.
Bizi sosial şəbəkələrdən izləyin!!
