"Azericard" fəaliyyətini müvəqqəti dayandırır | Banco.az

"Azericard" fəaliyyətini müvəqqəti dayandırır

 Sistemdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq "Azericard" Prosesinq Mərkəzinin fəaliyyəti oktyabrın 13-dən 14-nə keçən gecə, saat 01:00-dan 06:00-dək dayandırılacaq.

"Report" bu barədə bankların müştərilərə xəbərdarlığına istinadən xəbər verir. 

Qeyd olunan vaxt ərzində plastik kartlar üzrə əməliyyatlar onlayn rejimdə həyata keçirilməyəcək.