"Azeri LT CIF"in qiyməti 2,13% artıb | Banco.az

"Azeri LT CIF"in qiyməti 2,13% artıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,12 dollar və yaxud 2,13% artıb.

"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 53,76 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Mənbə : report.az