"Azeri Light" neftinin qiyməti 69 dollara yaxınlaşır | Banco.az

"Azeri Light" neftinin qiyməti 69 dollara yaxınlaşır

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

Birja məlumatları xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,72% artaraq 68,59 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,1 ABŞ dolları idi.