Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları 2025-ci ilin fevral ayında Türkiyədə 87 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 4-cü xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə fevral ayında xaricilərə mənzil satışları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,1% azalaraq 1 457 ədədə enib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 256 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (133 mənzil), üçüncü isə İraq (99 mənzil) vətəndaşları alıblar.
Qeyd edək ki, azərbaycanlılar 2024-cü ildə isə Türkiyədə ümumilikdə 866 mənzil alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!