Azərbaycanlılar ötən ay Türkiyədə 71 mənzil alıblar | Banco.az

Azərbaycanlılar ötən ay Türkiyədə 71 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2025-ci ilin iyun ayında Türkiyədə 71 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 6-cı xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə iyun ayında xaricilərə mənzil satışları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7% artaraq 1 565 ədədə çatıb.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 326 ev (1-ci) alıb. İkinci ən çox mənzili Ukrayna vətəndaşları (111 mənzil), üçüncü isə İran (109 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2024-cü ildə isə Türkiyədə ümumilikdə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram