Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar ayında Türkiyədə 54 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə yanvar ayında xaricilərə mənzil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,8% azalaraq 1 311 ədədə yüksəlib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 219 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (118 mənzil), üçüncü isə Ukrayna (77 mənzil) vətəndaşları alıblar.
Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
