Azərbaycanlı istifadəçilər Google, yoxsa ChatGPT-ni daha çox istifadə edir? | Banco.az

Azərbaycanlı istifadəçilər Google, yoxsa ChatGPT-ni daha çox istifadə edir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bazarında Google və ChatGPT-nin istifadəsi üzrə maraqlı mənzərə formalaşıb.

Banco.az statcounter-ə istinadən xəbər verir ki, ənənəvi axtarış sistemləri sahəsində Google lider mövqeyini qoruyub saxlayır.

Məlumata görə, internet istifadəçilərinin böyük əksəriyyəti hələ də məlumat axtarışı üçün Google-dan istifadə edir və platforma ölkə üzrə axtarış bazarının əsas hissəsini təşkil edir. Hazırda Google-un payı 99,59%, ChatGPT-nin payı isə 0,41% təşkil edir. 

Bununla yanaşı, süni intellekt əsaslı çatbotların istifadəsində ChatGPT bazarda təxminən 90 faizdən çox paya malikdir. Digər AI platformaları, o cümlədən Google Gemini, Microsoft Copilot və Perplexity isə daha kiçik paylara sahibdirlər.

Mütəxəssislərin fikrincə, bu fərq istifadəçilərin Google-dan əsasən klassik axtarış üçün, ChatGPT-dən isə mətn yazılması, izah, tərcümə və analitik cavablar almaq məqsədilə istifadə etməsi ilə əlaqədardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram