Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7 milyard 226 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.
Son 1 ildə Azərbaycanın ixracı 5,7% artaraq 4 milyard 779 milyon ABŞ dollarına, idxalı isə 7,7% azalaraq 2 milyard 446 milyon ABŞ dollarına enib.
Nəticədə xarici ticarətdə 2 milyard 333 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24,8% çox olub.
Bizi sosial şəbəkələrdən izləyin!!