Müəllif:Mehin Qasımova/Banco.az
Bu ilin 8 ayında Azərbaycanın Türkiyəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 191 milyon 917 min və ya 32,7 % azalıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayları ərzində Türkiyəyə qeyri-neft ixracının dəyəri 394 milyon 638 min dollar təşkil edib.
Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 586 milyon 555 min dollar olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (752,1 milyon dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!