Azərbaycanın sığorta bazarı 17%-dən çox böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 17%-dən çox böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-fevral aylarında 281 milyon 206 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 41 milyon 487 min manat və ya 17,3% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 108 milyon 595 min manata bərabər olub. Bu da illik müqayisədə 11 milyon 161 min manat və ya 11,5% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram