Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC xəbər verir.
Məlumata görə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.
"Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər", - deyə məlumatda qeyd olunub.
