Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin aprel ayında mobil internetin sürətinə görə 104 ölkə arasında Azərbaycan 74.08 Mbps sürətlə 57-ci yerdə qərarlaşıb. Ötən ay ölkəmizdə genişzolaqlı internetin orta sürəti isə 76.87 Mbps (86-cı) olub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən Azərbaycanın qonşu ölkələrində internetin sürətini təqdim edir.
Ötən ay mobil internetin sürəti Gürcüstanda 153.82 Mbps (18-ci), Türkiyədə 70.41 Mbps (59-cu), İranda 55.43 Mbps (69-cu), Ermənistanda 41.38 Mbps (84-cü), Rusiyada isə 36.02 Mbps (91-ci) olub.
Genişzolaqlı internetin sürətinə gəldikdə isə bu siyahıda 1-ci Rusiya (88.32 Mbps), 2-ci Ermənistan (66.55 Mbps), 3-cü Türkiyə (55.59 Mbps), 4-cü Gürcüstan (40.99 Mbps), 5-ci isə İran (18.18 Mbps) qərarlaşıb.
155 ölkə arasındakı reytinqdə isə Rusiya 67-ci, Ermənistan 94-cü, Türkiyə 99-cu, Gürcüstan 114-cü, İran 142-ci olub.
Bizi sosial şəbəkələrdən izləyin!!