Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 37%-ə yaxın artıb | Banco.az

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 37%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,42 mln. ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,6% çoxdur. Təkcə fevral ayında Azərbaycandan 366,92 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 50% çoxdur.

    Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln. ABŞ dollarına bərabər olub.

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram