Azərbaycanın pambıq ixracından qazancı azalıb | Banco.az

Azərbaycanın pambıq ixracından qazancı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 141.3 mln. ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu, illik müqayisədə 19.1 milyon dollar və ya 11.9% azdır. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2024-cü ilin ilk 10 ayında ayında pambıq ixracının ümumi dəyəri 160.4 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artaraq 2.99 milyard  ABŞ dolları təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram