Azərbaycanın MDB ölkələrinə ixracı cüzi azalıb | Banco.az

Azərbaycanın MDB ölkələrinə ixracı cüzi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycan MDB ölkələrinə 100 milyon 651 min dollarlıq məhsul ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 507,8 min ABŞ dolları (0,5%) azdır. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 321 milyon 28 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2023-cü ilin yanvar ayına nisbətdə 101,5 milyon dollar və ya 24% azdır. 

Qeyd edək ki, 2023-cü ilin ilk ayında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 101,2 milyon ABŞ dolları, idxalının dəyəri isə 422,5 milyon ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram