Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycan MDB ölkələrinə 858 milyon 153 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 58 milyon 484 min ABŞ dolları (7,3%) çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 3 milyard 24 milyon 903 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2024-cü ilin ilk 6 ayına nisbətdə 725 milyon 14 min dollar və ya 31,5% çoxdur. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 799,7 milyon ABŞ dolları, idxalının dəyəri isə 2 milyard 299 milyon ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram