Azərbaycanın kartof ixracından gəlirləri artıb | Banco.az

Azərbaycanın kartof ixracından gəlirləri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan 2025-ci ilin yanvar-may aylarında 22 milyon 511 min dollar dəyərində 56 min 780 ton kartof ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 55,3% və ya 8 milyon 18 min dollar, miqdar baxımından isə 22 min 462 ton və ya 65,5% çoxdur. 

2024-cü ilin yanvar-may aylarında ixrac edilən kartofun miqdarı 34,3 min tona, dəyəri isə 14,5 milyon dollara bərabər idi. 

Qeyd edək ki, yanvar-may aylarında kartofun ümumi ixracda xüsusi çəkisi 0,20%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 1,60%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram