Azərbaycanın əsas qeyri-neft idxalçıları – TOP 5 | Banco.az

Azərbaycanın əsas qeyri-neft idxalçıları – TOP 5

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-aprel aylarında 1 milyard 68 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin ilk 4 ayı ilə müqayisədə 148 milyon 623 min dollar və ya 16,2% çoxdur.

Hesabat dövründə Azərbaycanın əsas qeyri-neft idxalçısı Rusiya (321,4 milyon dollar) olub. 

İlk 5-likdə olan ölkələr aşağıdakı cədvəldə qeyd edilib:

Ölkələr

İxracın dəyəri (dollar)

Rusiya

321 milyon 373 min

Türkiyə

187 milyon 678 min

Gürcüstan

 105 milyon 756 min

İsveçrə

100 milyon 516 min

Ukrayna

63 milyon 25 min

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram