Müəllif: Gülnar Əhmədli, Banco.az
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2025-ci ilin yanvar-may aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında “MKT İstehsalat Kommersiya” MMC 56 milyon dollarlıq ixracla birinci olub.
İlk 10-luqda olan şirkətlər bunlardır:
- “MKT İstehsalat Kommersiya” MMC - 56 milyon dollar
- “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 39.4 milyon dollar
- “Baku Steel Company” QSC - 23.2 milyon dollar
- “Avrora” MMC - 19 milyon dollar
- “P-Aqro” MMC - 17 milyon dollar
- “Export Stream" MMC - 16.9 milyon dollar
- "Khan-El" MMC - 13.4 milyon dollar
- “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 12.7 milyon dollar
- “Sahdag Sy” MMC - 12.6 milyon dollar
- “Green Tech” MMC - 12.4 mildon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!