Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərc cüzi artıb | Banco.az

Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərc cüzi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-may aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 220 milyon 658 min dollar təşkil edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 3 milyon 569 min dollar və ya 1,6% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.21%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycan 217 milyon 89 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram