Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin may ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 54,607.1 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 5 milyard 386 milyon manat və ya 10,9% artıb.
Belə ki, 1 may 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 49 mlrd. 221 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 47,625 mln. manat (11% artıb), balans kapitalı 6,981 mln. manat (10,4% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!