Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ilin 10 ayında banklar 908.2 mln. manat xalis mənfəət, 1,369.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18% və 23% artıb. 1 ay əvvəllə müqayisədə bu göstəricilər 9% və 11,6% çoxdur.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında banklar 769.9 mln. manat xalis mənfəət, 1,116.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Qeyd edək ki, ilin əvvəlindən banklar tərəfindən ümumilikdə 237.8 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% və ya 59.8 mln. manat daha çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!