Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 53,001.4 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 3 milyard 823 milyon manat və ya 7,8% artıb.
Belə ki, 1 yanvar 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 49 mlrd. 178 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 46,383 mln. manat (7,6% artıb), balans kapitalı 6,618 mln. manat (9,2% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!