Azərbaycanın Almaniyaya neft ixracı 6 dəfə artıb | Banco.az

Azərbaycanın Almaniyaya neft ixracı 6 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 276 milyon 544 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 224 milyon 261 min dollar və ya 5,3 dəfə çoxdur.

Hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 6,1 dəfə artaraq 500 min ton olub.

Qeyd edək ki, bu dövrdə Almaniya Azərbaycanın ən çox xam neft ixrac etdiyi 2-ci ölkə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram