Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə 2 milyard 406 milyon 347 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 678 milyon 53 min ABŞ dolları (3,3 dəfə) çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Aİ ölkələrindən idxal isə 217 milyon 797 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2024-cü ilin ilk ayına nisbətdə 35 milyon 160 min dollar və ya 19,8% çoxdur. 

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 728,3 milyon ABŞ dolları, idxalının dəyəri isə 177,6 milyon ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram