Azərbaycandan BƏƏ-yə pul köçürmələri 37%-dək artıb | Banco.az

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 37%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 15 milyon 515 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 160 min dollar və ya 36,6% çoxdur. 2024-cü ilin yanvar-sentyabr aylarında bu məbləğ 11 milyon 355 min dollara bərabər olub. 

Qeyd edək ki, ilk 9 ayda Azərbaycandan BƏƏ-yə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 4,3% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram