Azərbaycanda yeni bitki yağı emalı zavodları yaradılacaq | Banco.az

Azərbaycanda yeni bitki yağı emalı zavodları yaradılacaq

2026-2030-cu illərdə Azərbaycanda bitki yağlarının istehsalı klasterinin formalaşdırılmasının təşviqi nəzərdə tutulub.

Bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

    Sənədə əsasən, bitki yağları istehsalının artırılması üçün bitkiçilik sahəsinin dəstəklənməsi, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi planlaşdırılır.

    Eyni zamanda azı 2 bitki yağı emalı zavodunun yaradılması hədəflənir.