Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-fevral aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 372.2 milyon manatlıq əməliyyat aparıblar.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayına istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 38.4 milyon manat və ya 11.5% çoxdur. Təkcə fevral ayında bu göstərici 184.3 milyon manat olub.
Ötən ilin eyni dövründə Azərbaycanda xaricilərin bank kartları ilə həyata keçirdikləri əməliyyatların dəyəri 333.8 milyon manata, 2022-ci ilin yanvar-fevral aylarında isə 391.2 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!