2025-ci il iyul ayının 1-nə Azərbaycanda pul bazası 21 milyard 471.3 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, pul bazası ötən aya nisbətən 4.1% və ya 841.6 milyon manat artıb.
Məlumata görə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2.7%, son 1 ildə isə 5.2% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.