Azərbaycanda mis konsentratının istehsalı 33 dəfə artıb | Banco.az

Azərbaycanda mis konsentratının istehsalı 33 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 min 815 kq qızıl, 3 min 505,5 kq gümüş istehsal edilib.

Bu barədə  Dövlət Statistika Komitəsi xəbər verir.

Qızıl istehsalı 2024-cü ilin 11 ayı ilə müqayisədə 9,7 %, gümüş istehsalı isə 14,4 % artıb.

Ötən 11 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 6 min 420,6 ton olub ki, bu da bir il öncəki göstəricidən 33 dəfə çoxdur.

Bu ilin dekabrın 1-nə olan məlumata görə, ölkədə 155 kq qızıl, 885,3 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 2 min 539,2 ton təşkil edib.