Azərbaycanda marqarin istehsalı azalıb | Banco.az

Azərbaycanda marqarin istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 38 min 076,1 ton duru bitki yağları istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,8% çoxdur.

Hesabat dövründə ölkədə 32 min 859 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,5% azdır.

Oktyabrın 1-nə ölkədə 2 min 463,7 ton duru bitki yağı, 5 min 474,5 ton isə marqarin ehtiyatı mövcud olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram