Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-fevral aylarında ölkədə 4 225,0 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% azdır.
Banco.az xəbər verir ki, bu ilin 1 mart tarixində Azərbaycanda hazır kərə yağı ehtiyatı 15,7 ton olub.
Hesabat dövründə ölkədə 6 949,8 ton duru bitki yağı istehsal edilib. Bu göstəricinin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,6% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!