Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar 13%-dən çox artıb | Banco.az

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar 13%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 303 min sərnişin daşınıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 13,1% çoxdur.

Məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında 267,9 min sərnişin daşınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram