Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3643,9 manat, qeyri neft-qaz sektorunda 994,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1004,3 manat, özəl müəssisələrdə isə 1084,2 manat olub.
Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 444,2 manat), maliyyə-sığorta (2 651,4 manat), informasiya və rabitə sahəsindədir (1 897,4 manat).
Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (642,2 manat) sahəsindədir.
Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 3 125,9 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 048,0 manat.
Bizi sosial şəbəkələrdən izləyin!!