2025-ci ilin yanvar-aprel aylarında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.3% artaraq 2 milyard 64 milyon 943 min manat təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 580,292 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 6.8% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 milyard 389.1 milyon manat (2.1% çox), aksizlər üzrə daxilolmalar 80,377 milyon manat (26.5% çox), yol vergisi üzrə daxilolmalar isə 15,172 milyon manat (19.4% çox) təşkil edib.