Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (88,83 Mbps) görə noyabr ayına nisbətən 1 pillə geriləyərək 156 ölkə arasında 86-cı olub.
"Speedtest Global Index" xəbər verir ki, bir il əvvəlki göstərici (69,15 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 28,5 % artıb.
Azərbaycan bu göstərici ilə Türkiyə (72,17 Mbps), İran (21,33 Mbps), Gürcüstan (44,55 Mbps), Ermənistan (80,27 Mbps), Qazaxıstan (85,71 Mbps), Qırğızıstanı (85,40 Mbps) və Tacikistanı (38,40 Mbps) geridə qoyub.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (410,06 Mbps), axırıncı yeri isə Kuba (3,82 Mbps) tutub.
Azərbaycan dekabrda mobil internetin sürətinə görə isə noyabr ayına nisbətən 1 pillə geriləyərək 87,92 Mbps sürətlə 105 ölkə arasında 53-cü olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (691,76 Mbps), sonuncu yeri isə Əfqanıstan (14,87 Mbps) tutub.
Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə geriləyərək 199 şəhər arasında 88,14 Mbps sürətlə 116-cı yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (420,37 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,94 Mbps) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 106,70 Mbps sürətlə 155 şəhər arasında 80-ci olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (835,57 Mbps), sonuncu yeri La Pas (Boliviya) (12,25 Mbps) tutub.
