2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 8,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8% az investisiya yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Qeyd edilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz az olub. İstifadə olunmuş investisiyanın 1050,6 milyon manatı və ya 52,3 faizi məhsul istehsalı sahələrinə, 661,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 296,8 milyon manatı (14,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 1422,4 milyon manatını və ya 70,8 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 1558,0 milyon manatı və ya 77,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.