Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin dekabr ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 36,04 faiz payla "Instagram" olub.
Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib.
İkinci yerdə 28,63 faiz göstərici ilə "YouTube", üçüncü yerdə isə 17,47 faiz göstərici ilə "Facebook" qərarlaşıb.
"Pinterest" istifadəçilərinin fəallığı ötən ay 8,78 faizə bərabər olub.
"X"in payı 4,01 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı 3,87 faiz, "Reddit" isə 0,36 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
