Azərbaycanda bu il əmək pensiyalarında artım 9 % ətrafında olacaq.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.Dövlət Sosial Müdafiə Fondunun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il əmək pensiyalarının illik indeksləşdirilməsi (8,1 %) ilə bağlı DSMF-nin büdcəsindən əlavə 520 milyon manat vəsait ayrılıb.
Z.Mirzəyev qeyd edib ki, 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 16 % artırılaraq 400 manata çatdırılıb: "Eyni zamanda, 2025-ci il fevralın 1-dən minimum pensiya 14,3 % artırılaraq 320 manat müəyyən edilib".
report
