Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin fevral ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 56,935.8 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 3 milyard 845 milyon manat və ya 7,2% artıb.
Belə ki, 1 fevral 2025-ci il tarixinə ölkə banklarının cəmi aktivləri 53 mlrd. 90.7 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 49,528.7 mln. manat (6,7% artıb), balans kapitalı 7,407.1 mln. manat (10,7% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
