Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan əhalisi bu ilin yanvar-may aylarında ərzaq məhsullarına 12 milyard 8 milyon manat vəsait xərcləyib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyndi dövrü ilə müqayisədə 1,8% çoxdur.
Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 456,2 manatlıq, o cümlədən 255,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 200,7 manatlıq qeyri-ərzaq malları alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!